Gələn həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Azərbaycana gələcək

Gələn həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Azərbaycana gələcək Bakı. 7 fevral. REPORT.AZ/ Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman İqtisadiyyat Nazirliyində olub.
Biznes
7 Fevral , 2018 16:40
Gələn həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Azərbaycana gələcək
Report

Bakı. 7 fevral. REPORT.AZ/ Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman İqtisadiyyat Nazirliyində olub.

“Report”un Nazirliyin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qonaq Nazirliyin Aparat rəhbəri Ayaz Əliyevlə görüşüb.

A.Əliyev deyib ki, Azərbaycanda xidmət, nəqliyyat, ticarət, sənaye, tikinti, rabitə, bank və sığorta sahələrində 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir:

“Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 556 mln. dollar investisiya qoyulub. Bundan başqa, ölkəmizdə həyata keçirilən layihələrdə Almaniya şirkətləri podratçı kimi də iştirak edirlər. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında 2011-ci ildə yaradılan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun rolu əhəmiyyətlidir. Azərbaycanın biznes dairələri Almaniyada keçirilən müxtəlif formatlı tədbirlərdə - biznes forumlar, işgüzar görüşlər, sərgilərdə iştirak etməklə iqtisadi əməkdaşlığın genişlənməsinə töhfələr verir. Bu tədbirlərin davamı olaraq, Azərbaycan şirkətləri 7-9 fevral tarixlərində Berlin şəhərində keçirilən “Fruit Logistica 2018” beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edir, öz məhsullarını nümayiş etdirirlər”.

T.Bauman Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti barədə məlumat verib və Palatanın əlaqələrin inkişafında rolundan danışıb. Qonağın sözlərinə görə, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin fevralın 12-14-də Azərbaycana nəzərdə tutulan səfərinin, keçiriləcək ikitərəfli görüşlərin iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını qeyd edib.

Görüşdə T.Bauman Azərbaycanın regionları ilə tanışlıq, burada fəaliyyət göstərən müəssisələrlə alman şirkətləri arasında əlaqələrin yaradılması barədə fikirlərini bildirib.

Təklif müsbət qarşılanıb və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi