Fransanın avtomobil istehsalçısının satışları ötən il 5% azalıb

Fransanın avtomobil istehsalçısının satışları ötən il 5% azalıb 2021-ci ildə Fransanın aparıcı avtomobil istehsalçısı - “Renault Group” 2,696 milyon ədəd avtomobil satıb.
Biznes
17 Yanvar , 2022 15:25
Fransanın avtomobil istehsalçısının satışları ötən il 5% azalıb

2021-ci ildə Fransanın aparıcı avtomobil istehsalçısı - “Renault Group” 2,696 milyon ədəd avtomobil satıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,5% azdır.

Xatırladaq ki, “Renault Group”un avtomobil satışları 2020-ci ildə 21,3%, 2019-cu ildə isə 3,4% azalmışdı.

Bununla belə, ötən il holdinq qitənin elektrikli avtomobil bazarında mövqeyini gücləndirib və satdığı avtomobillərin 30%-ni elektromobillər təşkil edib.

Son xəbərlər

Orphus sistemi