Fransa Azərbaycana suxarı tədarükünü bərpa edib

Biznes
  • 04 may, 2022
  • 11:54
Fransa Azərbaycana suxarı tədarükünü bərpa edib

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan 211,26 min ABŞ dolları dəyərində 121,89 ton suxarı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83,5 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Rusiyadan 100,68 min ABŞ dolları dəyərində 59,7 ton, Türkiyədən 53,04 min ABŞ dolları dəyərində 19,11 ton, Ukraynadan 34,44 min ABŞ dolları dəyərində 17,61 ton, İrandan 19,99 min ABŞ dolları dəyərində 24,67 ton, Belarusdan 1,16 min ABŞ dolları dəyərində 0,54 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 2,2 dəfə və 80,5 % artıb, Türkiyədən – 1,6 % azalıb və 6,8 % artıb, Ukraynadan – 3,1 dəfə və 2,2 dəfə artıb, Belarusdan – 9 dəfə və 13,5 dəfə artıb. Ötən ilin ilk iki ayında İrandan tədarük olmayıb. İki il 3 aylıq aradan sonra Fransadan idxal bərpa edilib.

Hesabat dövründə Azərbaycandan xaricə 25,02 min ABŞ dolları dəyərində 11,03 ton suxarı göndərilib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 78 dəfə və 58 dəfə çoxdur. Həmin məhsul ancaq Qazaxıstana tədarük edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti