Fransa Azərbaycana ketçup tədarükünü bərpa edib

Biznes
  • 25 iyun, 2022
  • 10:55
Fransa Azərbaycana ketçup tədarükünü bərpa edib

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 953,4 min ABŞ dolları dəyərində 746,24 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 2,5 % azdır.

Hesabat dövründə Rusiyadan 582,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 16,4 % artıb) 446,06 ton (+12,6 %), Türkiyədən 205,79 min ABŞ dolları dəyərində (-14,6 %) 170,01 ton (-3,4 %), Qazaxıstandan 41,08 min ABŞ dolları dəyərində (+3,4 %) 40,69 ton (+0,5 %), Niderlanddan 34,23 min ABŞ dolları dəyərində (+79 %) 15,88 ton (+77,8 %), Bolqarıstandan 30,91 min ABŞ dolları dəyərində (+41 %) 29,58 ton (+43 %) məhsul alıb.

Bir il 9 aylıq fasilənin ardından Fransadan tədarük bərpa edilib. Həmin ölkədən 3,4 min ABŞ dolları dəyərində 1,87 ton məhsul gətirilib.