Fransa Azərbaycana hibrid avtomobillərinin ixracını bərpa edib
- 31 may, 2022
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-mart aylarında Azərbaycan 26,95 milyon ABŞ dolları dəyərində 3 min 140 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) nəqliyyat vasitələri gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 71,4 % çoxdur.
Hesabat dövründə Yaponiyadan 17,43 milyon ABŞ dolları dəyərində 2 min 784 ədəd, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 4,74 milyon ABŞ dolları dəyərində 165 ədəd, Çindən 1,322 milyon ABŞ dolları dəyərində 70 ədəd, Almaniyadan 1,232 milyon ABŞ dolları dəyərində 27 ədəd, Türkiyədən 537,4 min ABŞ dolları dəyərində 25 ədəd, hibrid avtomobilləri alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Yaponiyadan tədarük müvafiq olaraq 2 dəfə və 60 % artıb, ABŞ-dan – 9,3 dəfə və 3,9 dəfə artıb, Almaniyadan – 2,7 dəfə və 2,5 dəfə artıb, Türkiyədən – 4,8 dəfə və 4,2 dəfə artıb. Ötən ilin ilk 3 ayında Çindən idxal olmayıb.
İki il 1 aylıq fasilədən sonra Fransadan tədarük bərpa edilib. Bu ölkədən 15 min ABŞ dolları dəyərində 1 ədəd hibrid avtomobili alınıb.