“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək İstanbul şəhərində keçiriləcək “Formula 1” üzrə Türkiyə Qran Prisi təxminən 150 milyon ABŞ dolları gəlir gətirəcək.
Biznes
6 Oktyabr , 2021 13:41
“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

İstanbul şəhərində keçiriləcək “Formula 1” üzrə Türkiyə Qran-prisi, təxminən, 150 milyon ABŞ dolları gəlir gətirəcək.

"Report" xəbər verir ki, bunu Türk Otelçilər Dərnəyinin (TÜROB) rəhbəri Müberra Eresin deyib.

"Son illər turizm sektoru olaraq bizi ən çox həyəcənlandıran. motivasiya verən tədbirin “Formula 1" olduğunu deyə bilərəm. Koronavirus (COVID-19) pandemiyasının olduğu 2020-ci ildə də İstanbulda Türkiyə Qran-prisi keçirilmişdi. Amma həmin yarış tamamaçılarsız baş tutmuşdu. Bu il isə tamaşaçılar da olacaq və bunun ölkəyə, xüsusilə İstanbula turist axınına səbəb olacağını gözləyirik", - Eresin qeyd edib.

Onun sözlərinə görə, bu həftə İstanbuldakı hotellər son 2 il üçün ən aktiv dövrünü yaşayır və "Formula-1"ə görə təxminən 35 min xarici turist qəbul etməyə hazırlaşır: "Yarışların keçiriləcəyi müddət ərzində hotellərdə doluluq nisbətinin artacağını gözləyirik. Qonaqlara yarışları yerində izləmək üçün məlumat veririk və bir çoxlarından müsbət rəy alırıq. Ancaq rəqəmlərdən daha əhəmiyyətlisi İstanbulun yenidən gündəmə gəlməsi olacaq. Çünki "Formula-1" 2 milyarddan çox izləyicisi olan ən böyük tədbirlərdən biridir”.

Qeyd edək ki, Türkiyə Qran-prisi 8 - 10 oktyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi