"Ford" elektrikli avtomobil istehsalını 3 dəfə artıracaq

"Ford" elektrikli avtomobil istehsalını 3 dəfə artıracaq ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor Co” 2023-cü ilə qədər Şimali Amerika və Avropa üçün tamamilə elektrikli “Mustang Mach-E SUV” modelinin istehsalını təxminən 3 dəfə artıraraq 200 minə çatdırmağı planlaşdırır.
Biznes
11 Dekabr , 2021 10:20
Ford elektrikli avtomobil istehsalını 3 dəfə artıracaq

ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor Co” 2023-cü ilə qədər Şimali Amerika və Avropa üçün tamamilə elektrikli “Mustang Mach-E SUV” modelinin istehsalını təxminən 3 dəfə artıraraq 200 minə çatdırmağı planlaşdırır.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Mustang Mach-Es"ə olan inanılmaz tələbi qarşılayacaq qədər sürətli istehsal çətindir, ancaq biz cəhd edəcəyik”, - “Ford”un baş icraçı direktoru Cim Farley deyib.

Qeyd edək ki, “Ford” elektrikli avtomobil bazarında “Volkswagen” və qlobal lider “Tesla”nı təqib edərkən, əsrlik rəqibi “General Motors Co” və Avropa avtomobil istehsalçısı “Stellantis”lə rəqabət aparır.

“Ford”un yüksək səviyyəli meneceri bildirib ki, şirkət növbəti 2 il ərzində "Lightning" pikapı və "E-Transit" mikroavtobusu da daxil olmaqla hər il elektrikli avtomobil istehsalını 600 minə çatdırmağı hədəfləyir.

Məlumata görə, “Ford” “Mustang Mach-Es”lərin istehsalını artırmaq üçün "Explorer" və "Lincoln Aviator" krossoverlərinin elektrik versiyalarının istehsalını təxminən bir il yarım təxirə salıb. Şirkət tədarükçülərinə bu yeni EV-lərin istehsalını 2024-cü ilin dekabrında başlanmasının planlaşdırıldığını deyib.

Son xəbərlər

Orphus sistemi