Filippin Azərbaycanı əsas məşğulluq bazarlarından biri hesab edir

Filippin Azərbaycanı əsas məşğulluq bazarlarından biri hesab edir Livandakı Filippinin Xarici Əmək Bürosu (POLO) Azərbaycan, Gürcüstan və Şimali Kipr xaricdəki Filippin işçiləri (OFWs) üçün məşğulluq bazarı hesab olunur.
Biznes
9 Aprel , 2022 16:09
Filippin Azərbaycanı əsas məşğulluq bazarlarından biri hesab edir

Livandakı Filippinin Xarici Əmək Bürosu (POLO) Azərbaycan, Gürcüstan və Şimali Kipr xaricdəki Filippin işçiləri (OFWs) üçün məşğulluq bazarı hesab olunur.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir ki, bu barədə POLO-nun Əmək masələləri üzrə attaşesi Alexandro Padaen bildirib.

A. Padaen qeyd edib ki, bu 3 ölkə ilə yanaşı, Filippin işçiləri üçün digər məşğulluq məkanı kimi POLO-nun yurisdiksiyasında olan Türkiyəyə də baxırıq: “Hər şey normallaşdıqdan sonra Türkiyə işçilərimiz üçün məşğulluq bazarı kimi yaxşı perspektivdir. Hazırda oradakı filippinli işçilərin sayı 4 000 nəfərdir”.

Onun sözlərinə görə, indiyə qədər, məişət xidmət sahəsinin işçilərinin yerləşdirilməsi üçün 11 xarici kadr agentliyini (FRA) akkreditə etmişik.

"Neft-qaz sektoruna görə Azərbaycanın və Gürcüstanın yaxşı perspektivləri var. Hazırda orada işçilərimiz, ixtisaslı və təbii ki, məişət xidmət sahəsinin işçilərimiz var”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi