“European Tobacco - Baku”nun rəhbərliyinə yeni təyinatlar olacaq

“European Tobacco - Baku”nun rəhbərliyinə yeni təyinatlar olacaq Müəssisənin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb
Biznes
10 Fevral , 2017 09:09
“European Tobacco - Baku”nun rəhbərliyinə yeni təyinatlar olacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Martın 18-də, saat 10:00-da “European Tobacco - Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

"Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə yığıncaq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi, 21 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin Müşahidə Şurasına, İdarə Heyətinə və Təftiş Komissiyasının yeni üzvlərinin seçilməsi məsələsi daxil edilib.

Xatırladaq ki, “European Tobacco - Baku” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 44 635 220 manatdır. 

Son xəbərlər

Orphus sistemi