ETSN "Bakı KOB evi"ndə 9 istiqamət üzrə fəaliyyət göstərir

ETSN "Bakı KOB evi"ndə 9 istiqamət üzrə fəaliyyət göstərir Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara 9 istiqamət üzrə xidmət göstərilir.
Biznes
2 Fevral , 2023 17:13
ETSN Bakı KOB evində 9 istiqamət üzrə fəaliyyət göstərir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara 9 istiqamət üzrə xidmət göstərilir.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Həmin istiqamətlər aşağıdıkılardır:
- su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi;

- dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi;

- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi;

- balıqovlama biletinin verilməsi;

- zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi;

- kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi;

- yaşıllığın götürülməsi vərəqinin verilməsi;

- yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ-mədən ayırması” statusunun verilməsi;

- geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi.


Sahibkarlar bu xidmətlər üçün ETSN-in “Bakı KOB evi”ndə xidmət göstərən mütəxəssislərinə müraciət edə bilərlər. Sözügedən xidmətlərin ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən KOB evlərində də həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi