ESRI-nin sədr müavini: "Yaşıl iqtisadiyyat" yeni ixtisasların yaranmasına səbəb olur”

ESRI-nin sədr müavini: "Yaşıl iqtisadiyyat" yeni ixtisasların yaranmasına səbəb olur” Yaxın 10 ildə "yaşıl enerji"yə tam keçid olmayacaq: "Amma bu dövr ərzində ixtisaslaşmaların baş verməsi zəruridir
Biznes
4 Oktyabr , 2024 11:42
ESRI-nin sədr müavini: Yaşıl iqtisadiyyat yeni ixtisasların yaranmasına səbəb olur”

"Yaşıl iqtisadiyyat" yeni ixtisasların yaranmasına səbəb olur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədrinin birinci müavini Arzu Hüseynova Bakıda "Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.

Onun sözlərinə görə, amma bu, iş yerlərinin bağlanmasına səbəb olmur: "Kompüter, informasiya texnologiyaları kimi sahələr inkişaf edəndə işsizliyin artacağı ilə bağlı narahatlıqlar var idi. Amma bu, işsizliyin artması ilə deyil, bir ixtisasın digəri ilə əvəz olunması ilə nəticələndi".

O qeyd edib ki, yaxın 10 ildə "yaşıl enerji"yə tam keçid olmayacaq: "Amma bu dövr ərzində ixtisaslaşmaların baş verməsi zəruridir".

Son xəbərlər

Orphus sistemi