Əsgər Ələkbərov: "Türk Dövlətləri Qiymətləndiricilər Birliyindən gözləntilər böyükdür"

Biznes
  • 02 may, 2023
  • 12:38
Əsgər Ələkbərov: Türk Dövlətləri Qiymətləndiricilər Birliyindən gözləntilər böyükdür

Türk dövlətləri arasında əməkdaşlığın genişləndiyi, keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması mühüm addımdır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin üzvləri ilə görüşdə deyib.

Nazirin müşaviri qeyd edib ki, qiymətləndirmə iqtisadiyyatın dinamik inkişaf edən fəaliyyət sahələrindən biridir: “Müxtəlif fəaliyyət növlərinin nəticələrinin, onların səmərəliliyinin, investorların müxtəlif risklərlə üz-üzə qalmalarının, eləcə də yekun nəticələri təmin edən resursların kompleks göstəricisi kimi qiymətləndirmənin əhəmiyyəti olduqca böyükdür. Azərbaycanda bazar münasibətləri inkişaf etdikcə, qiymətləndirmə fəaliyyəti üzrə biliklərin genişlənməsinə də tələbat artır”.

Türk dövlətləri arasında iqtisadi münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini söyləyən Ə. Ələkbərov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətindən böyük gözləntilər olduğunu diqqətə çatdırıb: “Əminik ki, türk dövlətləri arasında münasibətlərin inkişafına qiymətləndiricilər də öz vacib töhfəsini verəcək”

Son xəbərlər

Bütün Xəbər Lenti