​Əsassız qiymət artımına görə daha iki market cəzalandırılıb

​Əsassız qiymət artımına görə daha iki market cəzalandırılıb Əsassız qiymət artımına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb
Biznes
17 Mart , 2015 20:51
​Əsassız qiymət artımına görə daha iki market cəzalandırılıb

Bakı. 17 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daha bir marketdə istehlakçıların qiymətdə aldadıldığını aşkar edib. “Report” nazirliyə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 28 ünvanında yerləşən “Fərid” Müstəqil Şirkətinə məxsus “Premiummart” marketdə və Binəqədi rayonu, S.S. Axundov küçəsi, 85A ünvanında Sevinc Məhərrəmovaya məxsus “Unimart” marketdə aparılan yoxlama zamanı nəzarət kassa aparatının yaddaşındakı qiymətlərlə malların yarlığında göstərilən qiymətlər arasında fərq yaradılmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Əsassız qiymət artımına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi