Əsas tədarük bazarlarından qurudulmuş ərik idxalımız kəskin azalıb

Biznes
  • 29 iyun, 2022
  • 08:42
Əsas tədarük bazarlarından qurudulmuş ərik idxalımız kəskin azalıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xaricdən 441,98 min ABŞ dolları dəyərində 150,47 ton qurudulmuş ərik alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 dəfə, kəmiyyət olaraq – 4,5 dəfə azdır.

Hesabat dövründə Türkiyədən 273,93 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,6 dəfə azalıb) 66,86 ton (-5,3 dəfə), İrandan 92,53 min ABŞ dolları dəyərində (-10,8 %) 46,27 ton (-11,6 %), Özbəkistandan 75,27 min ABŞ dolları dəyərində (-5,9 dəfə) 37,32 ton (-6 dəfə) və Almaniyadan 0,25 min ABŞ dolları dəyərində (+4,25 %) 0,03 ton (+50 %) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (8 ölkədən) 1 min 891 ton qurudulmuş ərikin 63 %-i Türkiyədən, 17,3 %-i Özbəkistandan alınıb.