ƏMDX: "Bakı Ayaqqabı Fabriki"nin özəlləşdirilməsi 30-dan çox şirkətə təklif olunub"

ƏMDX: "Bakı Ayaqqabı Fabriki"nin özəlləşdirilməsi 30-dan çox şirkətə təklif olunub" "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Bakı Ayaqqabı Fabriki" ASC investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək.
Biznes
30 İyun , 2022 12:53
ƏMDX: Bakı Ayaqqabı Fabrikinin özəlləşdirilməsi 30-dan çox şirkətə təklif olunub

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Bakı Ayaqqabı Fabriki" ASC investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək.

"Report" xəbər verir ki, barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) nümayəndəsi Elmar Yaqubov bildirib.

Onun sözlərinə görə, müəssisənin özəlləşdirilməsi üçün komissiya yaradılıb.

"Ötən il oktyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayaraq ASK-nın bir sıra müəssisələrini özəllədirməyə açıq elan edib. Bunlardan biri "Bakı Ayaqqabı Fabriki"dir. Sərəncamın icrası məqsədilə Dövlət Xidməti inventarlaşdırma işləri aparıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradıb və müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalını müəyyən edib. Təyin edilmiş kapital əsasında yeni adda hüquqi şəxs "Bakı Ayaqqabı Fabriki" təsis edilib. Müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb", - deyə E.Yaqubov qeyd edib.

Onun sözlərinə görə, müəssisənin nizamnamə kapitalı 7 milyon 862 min manat olmaqla hər birinin nominalı 2 manat olan 3 milyon 926 min ədəd səhmdən ibarətdir. "Bakı Ayaqqabı Fabriki"nin özəlləşdirilməsinə strateji investorların cəlb olunması məqsədilə ƏMDX 30-dan artıq ayaqqabı istehsalı üzrə ixtisaslaşmış xarici şirkətə dəvət məktubları göndərib və müəssisə barədə ətraflı məlumat verilib. Bunların arasında Türkiyə, İtaliya, Almaniya, İngiltərə, Fransa, Portuqaliya, Danimarka və Finlandiya şirkətləri var".

Son xəbərlər

Orphus sistemi