Elnur Əliyev: "Qeyri-neft sektoruna investisiya yatıran ölkələr arasında Türkiyə ilk sıradadır"

Elnur Əliyev: "Qeyri-neft sektoruna investisiya yatıran ölkələr arasında Türkiyə ilk sıradadır" Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırım edən ölkələr arasında Türkiyə ilk sıradadır.
Biznes
3 Oktyabr , 2022 11:12
Elnur Əliyev: Qeyri-neft sektoruna investisiya yatıran ölkələr arasında Türkiyə ilk sıradadır
Elnur Əliyev

Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırım edən ölkələr arasında Türkiyə ilk sıradadır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış tədbirində çıxışı zamanı deyib.

"Hazırda türk şirkətləri ilə Azərbaycanda yeni layihələrin icrası üzrə işlər davam edir. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır", - deyə E.Əliyev bildirib.

Nazir müavininin sözlərinə görə, İqtisadiyyat Nazirliyi Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 5 000-ə yaxın türk şirkətinin rahat biznes fəaliyyəti ilə məşğul olması üçün zəruri dəstək göstərilir.

O qeyd edib ki, türk şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlərə də böyük maraq göstərir: "Türk şirkətləri bu bölgənin yenidən dirçəldilməsi istiqamətində ərazilərdə yeni infrastruktur layihələrinin reallaşdırılmasında maraqlıdır".

Son xəbərlər

Orphus sistemi