Elnur Əliyev: "Milli prioritetlər ölkənin davamlı inkişafında böyük rol oynayır"

Elnur Əliyev: "Milli prioritetlər ölkənin davamlı inkişafında böyük rol oynayır" "Növbəti il üçün əsas məqsədimiz Azərbaycanın 2030-cu ilə qədərki milli prioritetlərini çərçivəsində inkişafıdır. Əsas prioritetlər iqtisadiyyatın rəqabətqabiliyyətli artırılması, sosial ədalətin möhkəmlənməsi, rəqabətqabiliyyətli insan kapitalının yaradı
Biznes
24 İyun , 2022 11:12
Elnur Əliyev: Milli prioritetlər ölkənin davamlı inkişafında böyük rol oynayır
Elnur Əliyev

"Növbəti il üçün əsas məqsədimiz Azərbaycanın 2030-cu ilə qədərki milli prioritetlərini çərçivəsində inkişafıdır. Əsas prioritetlər iqtisadiyyatın rəqabətqabiliyyətli artırılması, sosial ədalətin möhkəmlənməsi, rəqabətqabiliyyətli insan kapitalının yaradılması, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, ətraf mühitin qorunmasıdır".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu prioritetlərin tətbiq edilməsi ölkənin davamlı inkişafında böyük rol oynayır.

Nazir müavini vurğulayıb ki, 2021-ci ildə ölkəmiz nəzərə çarpacaq nailiyyətlər əldə edib və həmin tendensiya bu il də davam edir: "Bu ilin yanvar-may aylarında Azərbaycanda ümumu daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% artıb".

Son xəbərlər

Orphus sistemi