Elektron Kredit Platforması üzərindən 145 milyon manat kredit verilib

Elektron Kredit Platforması üzərindən 145 milyon manat kredit verilib Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyinin yaratdığı Elektron Kredit Platforması (www.e-edf.gov.az)
Biznes
9 Dekabr , 2020 11:33
Elektron Kredit Platforması üzərindən 145 milyon manat kredit verilib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyinin yaratdığı Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən indiyə qədər yeni biznes krediti sifarişi üçün 3 200-dən çox müraciət qeydiyyata alınıb.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, artıq 471 müraciət üzrə ümumi məbləği 145 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək.

"Kredit-zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir. Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi isə sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, həmçinin 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur", - nazirlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi