Sabah İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar keçiriləcək.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, tədbirin təşkilində məqsəd startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də öz biznesini qurmaq istəyən şəxslərin elektron dövlət qeydiyyatı sistemi barədə məlumatlandırılması və onları bu sistemdən istifadəyə təşviq etməkdir.
Onlayn seminara qatılmaq istəyən sahibkarlıq subyektləri və startaplar aşağıdakı linkdən istifadə etməklə tədbirdə iştirak üçün qeydiyyatdan keçə bilərlər:
https://zoom.us/j/96217442769?pwd=azA3bVA2SVZZUzZFeXhEMTFpNGxtQT09
Meeting ID: 962 1744 2769
Passcode: 026026