Son 10 ildə elektrilki avtomobillər üçün batareyaların qiyməti 1110 USD/kVt-saatdan 137 USD/kVt-saatadək, yəni 89 faiz azalıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, ekspertlərin rəyinə görə, artıq 2023-cü ilədək elektrikli avtomobillər elə ənənəvi avtomobillərlə eyni qiymətə satılmağa başlayacaq. Belə ki, həmin vaxtadək batareyalar 101 USD/kVt-saat qiymətinə satılacaq.
Qeyd olunur ki, hətta batareya istehsalında istifadə olunan nikel, kobalt, litium vs. xammalın qiymətləri 2018-ci ilin maksimum həddinə qayıtsa belə, bir neçə il ərzində batareyalar 100 USD/kVt-saat həddindən aşağı olacaq. Belə ki, dünyanın ən böyük elektromobil istehsalçısı olan “Tesla şirkətində batareyalar ötən il orta hesabla 128 UDS/kVt-saat, bu il isə 115 UDS/kVt-saat qiymətinədir.
Həmçinin elektromobilin ən bahalı hissəsi olan batareyanın payına ümumi qiymətin 30 faizinin düşdüyü də göstərilir.