Ekspert: "Qlobal iqtisadiyyatda tənəzzül riski artır"

Ekspert: "Qlobal iqtisadiyyatda tənəzzül riski artır" Qlobal iqtisadiyyatın artım tempi 2008-ci ildəki maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib, lakin bu yavaşlamanın təsiri olan işsizlik ev təsərrüfatlarının gəlirlərinin və xərclərin azalması siqnalları hələ də güclü deyil.
Biznes
21 Oktyabr , 2019 18:27
Ekspert: Qlobal iqtisadiyyatda tənəzzül riski artır

"Qlobal iqtisadiyyatın artım tempi 2008-ci ildəki maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib, lakin bu yavaşlamanın təsiri olan işsizlik ev təsərrüfatlarının gəlirlərinin və xərclərin azalması siqnalları hələ də güclü deyil".

"Report" xəbər verir ki, bunu "Reuters" agentliyinin iqtisadi analitiki Con Kemp bəyan edib. 

Onun sözlərinə görə, dünya iqtisadiyyatında tənəzzül riski artır, lakin hələ həyəcan səviyyəsində deyil. 

Xatırladaq ki, ötən həftə Beynəlxalq Valyuta Fondu (IMF) bu il qlobal iqtisadi artımın 3%, gələn il isə 3,4% olacağını bəyan edib. Qurumun ekspertləri artım tempinin yüksəlməsini Türkiyə və Argentina kimi ölkələrin iqtisadiyyatlarında gözlənilən müsbət dəyişikliklərlə əsaslandırıblar. 

Son xəbərlər

Orphus sistemi