Ehtiyat təkərin içərisində siqaret keçirən şəxs saxlanıldı

Ehtiyat təkərin içərisində siqaret keçirən şəxs saxlanıldı "Qırmızı Körpü" gömrük postunda xeyli miqdarda siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb
Biznes
983
25 Avqust , 2020 12:48
Ehtiyat təkərin içərisində siqaret keçirən şəxs saxlanıldı

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda xeyli miqdarda siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin ehtiyat təkərinin içərisində gömrük nəzarətindən gizlədilən 13 160 ədəd "Marlboro double mix", 5 720 ədəd "Parliament Silver Blue" və 1 440 ədəd "Parliament Carat", ümumilikdə 20 320 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi