“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun iclası olacaq

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun iclası olacaq Sentyabrın 10-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək.
Biznes
7 Sentyabr , 2024 11:29
“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun iclası olacaq

Sentyabrın 10-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, iclasda işçi qrupunda təmsil olunan aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun fəaliyyəti çərçivəsində 2024-cü ilin 1-ci yarımilliyi üzrə görülmüş işlər və qarşıdakı dövr ərzində atılmalı olan addımlar barədə müzakirələr aparılacaq.

Keçiriləcək iclasda işçi qrupunun 2024-cü il üzrə təsdiq edilmiş fəaliyyət planı istiqamətində dövlət qurumlarının məsul olduqları əsas indikatorları çərçivəsində çıxışların edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi