“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 306 milyon manat qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 306 milyon manat qaytarılıb Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabr ayına qədər istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust aylarında isə 303 milyon 851 min 384 c
Biznes
21 Sentyabr , 2022 10:51
“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 306 milyon manat qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabr ayına qədər istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust aylarında isə 303 milyon 851 min 384 cek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyondan çox istifadəçi qeydə alınıb.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə istehlakçı, yəni alış-veriş edən və yaxud xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və yaxud xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və yaxud xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Son xəbərlər

Orphus sistemi