“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək

“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək Dekabrın 16-da Bakıda elektron ticarətə dair ilk dəfə “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək.
Biznes
9 Dekabr , 2022 11:05
“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək

Dekabrın 16-da Bakıda elektron ticarətə dair ilk dəfə “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, konfransda Türkiyə və Azərbaycanın elektron ticarət və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətləri iştirak edəcək. Tədbir Azərbaycanın aparıcı banklarından birinin ə Türkiyənin tanınmış “Trendyol” ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşdırılacaq. Təşkilati dəstəkçilər arasında "Azexport" portalı da var.

Konfransdakı panel müzakirələrdə 10-dan artıq yerli və xarici spiker “Azərbaycanda e-ticarətdə innovativ ödəniş sistemlərinin gələcəyi” mövzusunda danışacaq. Həmçinin “Dünyada e-ticarət tendensiyaları və uğur üçün məsləhətlər”, “E-ticarətdə dönüşüm nisbətini necə artırmaq olar?”, “Fərdi marketinq konsepsiyası”, “Elektron ticarətdə əsas gəlir amilləri” mövzuları müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi