EBRD Azərbaycan şirkətinə 7 milyon manat borc verib

EBRD Azərbaycan şirkətinə 7 milyon manat borc verib Avropa Yenidənqurma və İnkişaf Bankı "Veysəloğlu Qrup" MMC-yə 3,5 milyon avro və yaxud 7 milyon manat kredit ayırıb.
Biznes
5829
26 Oktyabr , 2020 12:12
EBRD Azərbaycan şirkətinə 7 milyon manat borc verib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Veysəloğlu Qrup" MMC-yə 3,5 milyon avro və yaxud 7 milyon manat kredit ayırıb.

“Report” EBRD-yə istinadən xəbər verir ki, bununla bağlı Bankın Direktorlar Şurası qərar qəbul edib.

Borcun məqsədi koronavirus (COVID-19) pandemiyasının şirkətə təsirini azaltmaq və likvidlik problemini aradan qaldırmaqdır.

Xatırladaq ki, 1994-cü ildə Türkiyədə yaradılan "Veysəloğlu"nun 20-dən artıq ölkədə 100-dən çox satış nöqtəsi var.

Son xəbərlər

Orphus sistemi