DVX: Şərqi Zəngəzur İqtisadi rayonunda fəaliyyət göstərmək üçün daha 9 müraciət daxil olub

DVX: Şərqi Zəngəzur İqtisadi rayonunda fəaliyyət göstərmək üçün daha 9 müraciət daxil olub Bu günədək Şərqi Zəngəzur İqtisadi rayonunda 11 müəssisə qeydiyyata alınıb ki, bunun da 10-u rezident, 1-i isə qeyri-rezidentdir.
Biznes
24 May , 2024 17:38
DVX: Şərqi Zəngəzur İqtisadi rayonunda fəaliyyət göstərmək üçün daha 9 müraciət daxil olub

Bu günədək Şərqi Zəngəzur İqtisadi rayonunda 11 müəssisə qeydiyyata alınıb ki, bunun da 10-u rezident, 1-i isə qeyri-rezidentdir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, layihələrin ümumi investisiya dəyəri 68 milyon manat təşkil edir:

“Burda 708 şəxs işlə təmin ediləcək. Hazırda 1 müəssisə fəaliyyət göstərir. Bu il isə daha 2 müəssisənin fəaliyyətə başlayacağı gözlənilir. Şərqi Zəngəzur İqtisadi rayonunda fəaliyyət göstərmək üçün daha 9 müraciət daxil olub ki, bu müraciətlər də bilavasitə rezident statusu almaq üçündür".

Xatırladaq ki, Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Qubadlı və Zəngilan rayonları daxildir. Şərqi Zəngəzur iqtisadi rayonu isə əlvan metallurgiyanın inkişafı üçün böyük potensiala malikdir. Rayon həm də coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ərazidə İstisu, Minkənd kimi mineral bulaqlar və meşələr var ki, sözügedən rayon kurort məqsədləri üçün ideal bir məkandır.

Son xəbərlər

Orphus sistemi