Dvorkoviç: "Rusiya bazarında Azərbaycan məhsullarına tələbat var"

Dvorkoviç: "Rusiya bazarında Azərbaycan məhsullarına tələbat var" Rusiya baş nazirinin müavini Bakıda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib
Biznes
10 Fevral , 2015 15:38
Dvorkoviç: Rusiya bazarında Azərbaycan məhsullarına tələbat var

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Rusiya Federasiyası baş nazirinin müavini Arkadi Dvorkoviçin Bakıya səfəri çərçivəsində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. 

"Report" xəbər verir ki, A.Dvorkoviç jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı səmərəli görüş keçirib. 

"Biz təsdiq etdik ki, siyasi sahədə dostluq, strateji münasibət qurmuşuq, bu da iqtisadi layihələri uğurla həyata keçirməyə imkan verir", - A.Dvorkoviç bəyan edib. 

O qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət sürətlə artır: "Biz Azərbaycan mallarını Rusiya bazarında daha çox almağa başlamışıq, Rusiya bazarında Azərbaycan məhsullarına tələbat var".

RF baş nazirinin müavini əlavə edib ki, səfər zamanı həmçinin Şimal-Cənub nəqliyyat və enerji dəhlizinin (Rusiya-Azərbaycan-İran) inkişafı ehtimalı və bu istiqamət üzrə əməkdaşlıq perspektivi müzakirə olunacaq. 

A.Dvorkoviç bildirib ki, əczaçılıq və avadanlıqların istehsalı sahələrində maraqlı birgə layihələr mövcuddur.  

Onun sözlərinə görə, tərəflər həmçinin bir sıra sənədlərin uzlaşdırılması ilə bağlı əməkdaşlığı, o cümlədən investisiya sahəsində əməkdaşlığı, ticarət və sərmayələrin genişləndirilməsi ilə bağlı əməkdaşlığı aktivləşdirmək haqqında razılığa gəliblər: "Biz hətta Avropa və ABŞ-la olan siyasi çətinliklər fonunda öz istiqamətimizi gücləndirmək iqtidarındayıq".

A.Dvorkoviç vurğulayıb ki, bu cür əməkdaşlıq bütün region üçün faydalı olacaq. 

Son xəbərlər

Orphus sistemi