Dünyanın tanınmış pivə istehsalçıları cərimələnə bilər

Dünyanın tanınmış pivə istehsalçıları cərimələnə bilər "United Breweries Group" şirkəti ümumilikdə 250 milyon ABŞ dolları məbləğində cərimələnə bilər.
Biznes
11 Dekabr , 2020 12:05
Dünyanın tanınmış pivə istehsalçıları cərimələnə bilər

Hindistanın pivə bazarında fəaliyyət göstərən “Carlsberg” və “SABMiller” kimi dünyada tanınmış istehsalçılar, eləcə də bu ölkənin "United Breweries Group" şirkəti ümumilikdə 250 milyon ABŞ dolları məbləğində cərimələnə bilər.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, adı çəkilən şirkətlər son 11 ildə qiymət sövdələşməsinə getməkdə ittiham olunur.

Onları qarşı sözügedən ittihamı Hindistanın Rəqabət Komissiyası (CCI) irəli sürüb. Komissiya bu istiqamətdə araşdırmalara 2018-ci ildə başlayıb və bu qənaətə gəlib ki, 7 milyard dollarlıq pivə bazarının 88%-nə nəzarət edən 3 şirkət rəqabət mühitində fəaliyyət göstərməyib.

Son xəbərlər

Orphus sistemi