Dünyanın ən səxavətli ölkəsi məlum oldu

Dünyanın ən səxavətli ölkəsi məlum oldu Bu ilin ən səxavətli ölkəsi İrlandiyadır.
Biznes
12 Dekabr , 2020 16:15
Dünyanın ən səxavətli ölkəsi məlum oldu

Dünyada xeyriyyəçilik məqsədləri üçün adambaşı ianələrin məbləğinə, ölkələrin səxavət səviyyəsinə görə reytinqi açıqlanıb.

“Report” “Forbes”a istinadən xəbər verir ki, 2020-ci ilin ən səxavətli ölkəsi İrlandiyadır. Bu ölkənin sakinləri 1872-ci ildəki Böyük Qıtlıq vaxtı ABŞ yerliləri olan navaxo və hopi xalqlarının İrlandiyaya göstərdikləri köməyi unutmayaraq hazırkı koronjavirus epidemiyasından böyük əziyyət çəkən həmin xalqlara görə ianələr toplayan navaxo və hopi ailələrinə COVID-19 Yardım Fonduna külli miqdarda ianələr köçürüblər.

Sonrakı yerləri ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya tutub.

Bu ildə pandemiyaya qarşı mübarizədə böyük fərqlə irəlidə olan “Twitter” mikrobloqlar şəbəkəsinin banisi Cek Dorsi indiyədək koronavirusa qarşı tədbirlərə şəxsi vəsaitlərindən 1 milyard dollar ianə edib. Bu da həm ümumi məbləğ, həm də varidatının payı baxımdan başqa məşhur xeyriyyəçilərə nisbətən xeyli çoxdur.

Həmçinin bütün insanların bərabərliyi uğrunda fəaliyyət göstərənlərə də xeyli ianələr köçürüldüyü bildirilir. Məsələn, Amerika Ərzaq Fondu tərəfindən ölkədəki yoxsulların nəfinə 44 milyon dollardan çox vəsait toplayıb.

Son xəbərlər

Orphus sistemi