Dünya zənginlərinin varidatı bu il daha 237 mlrd. dollar artıb

Dünya zənginlərinin varidatı bu il daha 237 mlrd. dollar artıb Ən zəngin insanların ilk üçlüyü isə dəyişməyib
Biznes
28 Dekabr , 2016 13:03
Dünya zənginlərinin varidatı bu il daha 237 mlrd. dollar artıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu ilin əvvəlindən dekabrın 27-dək dünyanın ən zəngin insanlarının varidatı 237 mlrd. ABŞ dolları və ya 5,7% artaraq 4,4 trln. dollara çatıb. "Report", "Rambler"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaires İndex" hesabatında qeyd olunub.

Planetin ən zəngin əhalisi ABŞ və Avropada populist siyasətçilərin qələbə qazanması ilə ümumi siyasi landşaftın dəyişməsindən mənfəət əldə edə bilib. Onların varidatının həcmi il ərzində müxtəlif tendensiyalar göstərib. Çin iqtisadiyyatı, "Brexit" və ABŞ-dakı prezident seçkiləri onların aktivlərinə ən çox təsir edən hadisələr olub. İsveçrənin "UBS Wealth Management" investisiya şirkətinin Zəngin müştərilərə xidmət Departamentinin direktoru Saymon Smaylsa (Simon Smiles) görə, ümumilikdə, müştərilər 2016-cı ildə bazarlardakı dalğalanmalardan qazancla çıxıblar.

Cari ildə dünya zənginləri arasında varidatını ən çox artıran 5 insandan 4-ü ABŞ vətəndaşıdır. Bu, "Berkshire Hathaway" Fondunun sahibi Uorren Baffet (11,8 mlrd. dollar), "Microsoft"un sahibi Bil Geyts (9,8 mlrd. dollar), "Continental Resources"in sahibi Harold Ham (8,4 mlrd. dollar), "Amazon"un ortağı Cef Bezos (7,5 mlrd. dollar) və fransalı "LVMH Moet Hennessy Louis Vuitton"un sahibi Bernar Arno (7,1 mlrd. dollar) olub.

Varidatlarını ən çox artıran insanların məşğul olduğu sektorların ilk sırasında təbii ehtiyatlar gəlir - 80 mlrd. dollar. Sonrakı sıralarda texnologiyalar (50 mlrd.dollar), qida sənayesi (28 mlrd. dollar), media (17 mlrd. dollar) və daşınmaz əmlak sektoru (17 mlrd. dollar) qərarlaşıb.

Dünyanın ən zəngin 3 insanın sihası isə dəyişməyib. Bu, Bil Gayts, Uorren Baffet və Amansio Orteqadır. Qeyd edək ki, keçən il A.Orteqa bu siyahıda U.Baffetdən öndə olub. 

Son xəbərlər

Orphus sistemi