Dubayın İxracın Təşviqi Agentliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraqlıdır

Dubayın İxracın Təşviqi Agentliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraqlıdır Agentlik ölkəyə BƏƏ şirkətlərini cəlb edir
Biznes
16 Noyabr , 2016 19:26
Dubayın İxracın Təşviqi Agentliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraqlıdır

Bakı. 16 noyabr. REPORT.AZ/ "Dubai Exports" Dubayın İqtisadi İnkişaf Departamentinin İxracın Təşviq Agentliyi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

"Report"un "Albawaba" saytına istinadən verdiyi xəbərə görə, "Dubai Exports" şirkətinin idarə heyətinin müavini Məhəmməd Əl-Kamali bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycanın arasında ticarət və turimzin sağlam cərəyanı mövcuddur.

Onun sözlərinə görə, Dubayın Azərbaycana 2015-ci ildə reallaşdırdığı ixracın həcmi 271 mln. dirhəmdən çox olub.

"2013-ci ildən "Dubai Exports" mütəmadi olaraq Bakıda keçirilən "BakuBuild" sərgisində iştirak edir və bu vaxta qədər tədbirə BƏƏ-dən tikinti sektorunda fəaliyyət göstərən 66 şirkət cəlb edib" - M.Əl-Kamali bildirib.

O deyib ki, "Dubai Exports" Dubay ixrac və təkrar ixrac mərkəzi kimi üstünlüklərini optimallaşdıra bilən və eyni zamanda ticarətin sağlam balansına şərait yaradan, BƏƏ şirkətləri üçün yeni imkanlar açan bazarlara diqqət göstərir.

Son xəbərlər

Orphus sistemi