Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində
“Report” nazirliyin məlumatına əsasən bildirir ki, “İstehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi tənzimləmə: reallıqlar, perspektivlər” mövzusuna həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
İstehlakçı hüquqlarının qorunmasının ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Dövlət Xidmətinin rəisi Zahid İsayev həyata keçirilən tədbirlər nəticəsində ölkədə istehlakçı hüquqlarının müdafiəsinin daha da yaxşılaşdırıldığını və bu istiqamətdə tədbirlərin davam etdiyini qeyd edib.
Bildirilib ki, Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin iştirakı ilə 2015-ci ildə Bakıda və regionlarda 8 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 5 seminar keçirilib, sahibkarlara və istehlakçılara 24 adda 60mindən yuxarı buklet və yaddaş kitabçaları paylanıb.
Tədbirdə, həmçinin aidiyyəti dövlət orqanlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət, bu sahədə qanunvericilik, həyata keçirilən maarifləndirmə tədbirləri mövzularında çıxış edib, istehlakçı hüquqlarının qorunması sahəsində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.