Dövlət Xidməti: "Volt" müqavilə şərtlərini qanunun tələblərinə uyğun edib

Dövlət Xidməti: "Volt" müqavilə şərtlərini qanunun tələblərinə uyğun edib Haqsız rəqabət halları ilə mübarizədə sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı bazarda ədalət prinsipinin bərqərar olmasında xüsusi əhəmiyyət kəsb edir.
Biznes
8 İyul , 2021 15:04
Dövlət Xidməti: Volt müqavilə şərtlərini qanunun tələblərinə uyğun edib

Haqsız rəqabət halları ilə mübarizədə sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı bazarda ədalət prinsipinin bərqərar olmasında xüsusi əhəmiyyət kəsb edir.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu əməkdaşlığın nümunəsi olaraq, çatdırılma xidmətləri bazarında fəaliyyət göstərən "Volt Azərbaycan" MMC qısa müddət ərzində Dövlət Xidmətinin göstərişlərini yerinə yetirməklə yanaşı, haqsız rəqabətə səbəb olan müqavilə şərtlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırıb.

Şirkətin Dövlət Xidmətinə ünvanladığı müraciətində gələcəkdə bu cür hallarla qarşılaşmamaq məqsədilə partnyorlarla münasibətləri bir daha nəzərdən keçirəcəyi, qanunvericiliyə uyğun olmasına daha çox diqqət yetirəcəyi vurğulanıb.

Dövlət Xidməti rəqabət sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurum olaraq bazar iştirakçıları ilə dialoq üçün həmişə açıqdır və bütün sahibkarları əməkdaşlığa dəvət edir. Məqsəd haqsız rəqabət hallarına qarşı sahibkarlarla birgə mübarizə aparmaqla, bazarın bütün iştirakçıları üçün ədalətli mühitin yaradılması və bir rəqibin digərləri üzərində əsassız üstünlük qazanması hallarının qarşısının alınmasıdır.

Son xəbərlər

Orphus sistemi