Dövlət Xidməti tikintidə inhisarçılıq edən şirkətə qarşı iş qaldırıb

Dövlət Xidməti tikintidə inhisarçılıq edən şirkətə qarşı iş qaldırıb Bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib
Biznes
26 Avqust , 2021 11:57
Dövlət Xidməti tikintidə inhisarçılıq edən şirkətə qarşı iş qaldırıb

Bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu barədə "Report" Dövlət Xidmətinə istinadən xəbər verir.

Aparılan təhlillər göstərir ki, rast gəlinən ciddi nöqsanlardan biri də bazarda hökmran mövqe tutan sahibkarların kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirməsi və topdansatış zamanı alıcılar arasında bərabər şəraitin yaradılmamasıdır. Bu cür hallar isə rəqabətin məhdudlaşdırılmasına, digər sahibkarların və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxara bilər. Qeyd edək ki, bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib. ASC isə Dövlət Xidmətinin göstərişlərinə dərhal reaksiya verərək həmin sahədə seçim hüququnun məhdudlaşdırılması elementlərini tədricən aradan qaldırıb.

ASC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətində şirkətin tərəfdaşları ilə bağladığı müqavilədə qanuna zidd bəndlərin dəyişdirildiyi və gələcəkdə bu cür hallara yol verilməməsi üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanıb. Bununla yanaşı, sementin topdan satışı zamanı bazar iştirakçıları üçün bərabər seçim hüququnun təmin edilməsi, digər sahibkarlar və istehlakçıların mənafeyinin qorunması məqsədilə satış şərtləri və digər aidiyyatı məlumatlar şirkətin rəsmi internet səhifəsinə yerləşdirilib və bu istiqamətdə müraciət mexanizminin asanlaşdırılması məqsədilə xüsusi bölmə yaradılıb.

Dövlət Xidməti bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Son xəbərlər

Orphus sistemi