Dövlət Xidməti: Sahibkarların istehlakçılara qaytardığı vəsaitlər 9 % artıb

Dövlət Xidməti: Sahibkarların istehlakçılara qaytardığı vəsaitlər 9 % artıb Bu ilin yanvar-iyun aylarında lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə 241 min manat vəsait
Biznes
19 Avqust , 2024 11:11
Dövlət Xidməti: Sahibkarların istehlakçılara qaytardığı vəsaitlər 9 % artıb

Bu ilin I yarısında Azərbaycanda lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələbini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə 241 min manat vəsaiti sahibkarlar istehlakçılara qaytarıb.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur.

"Sahibkar-istehlakçı münasibətlərinin inkişafında əsas hədəf mübahisələrin ilkin mərhələdə sahibkar və istehlakçı arasında uzlaşma əldə edilərək həll edilməsidir", - qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi