Dövlət Xidməti ADNSU ilə əməkdaşlığa başlayır

Dövlət Xidməti ADNSU ilə əməkdaşlığa başlayır İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Biznes
12 May , 2022 17:44
Dövlət Xidməti ADNSU ilə əməkdaşlığa başlayır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Universitetin rektoru Mustafa Babanlı imzalayıb.

Memorandumda ali məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkili, tədris müəssisəsini xüsusi fərqlənmə ilə bitirmiş məzunların işlə təmin olunması ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması, Universitetdə “karyera günləri”nin keçirilməsi məsələləri də əks olunub.

Son xəbərlər

Orphus sistemi