Dövlət Vergi Xidmətində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı davam etdirilir

Dövlət Vergi Xidmətində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı davam etdirilir ADA Universiteti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbər heyəti üçün növbəti “Liderlik Bacarıqlarının İnkişafı” Proqramına başlayıb.
Biznes
7 Oktyabr , 2024 17:38
Dövlət Vergi Xidmətində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı davam etdirilir

ADA Universiteti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbər heyəti üçün növbəti “Liderlik Bacarıqlarının İnkişafı” Proqramına başlayıb.

"Report" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar Universitetdə Proqramın açılış mərasimi keçirilib.

İştirakçıları salamlayan ADA Universitetinin prorektorunun müşaviri Aygün Hacıyeva əvvəlcə ali təhsil ocağı və ixtisasartırma proqramları barədə məlumat verib. O, bildirib ki, açılışı baş tutan proqram bu il tərəflər arasında imzalanmış Əməkdaşlıq Memorandumunun nəticəsidir. 5 modul üzrə təşkil edilən Proqram iştirakçıların liderlik potensiallarını gücləndirməklə yanaşı, onlara komandanın uğurla idarə edilməsi üçün lazımi bacarıqları aşılayacaq, həmçinin vergi əməkdaşlarının rəy vermə və alma, dəyişikliklərə cavab vermə, strateji planlaşdırma səriştələrini inkişaf etdirəcək.

Təlimin ilk günündə Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev iştirakçılara proqramdan səmərəli şəkildə faydalanmağı tövsiyə edib, burada qazanılacaq bacarıqların əməkdaşların peşəkarlıq səviyyələrinin artırılmasına müsbət təsir edəcəyini bildirib.

Təlimin növbəti günü Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva da iştirakçılarla görüş keçirib. “Liderlik Bacarıqlarının İnkişafı” Proqramı çərçivəsində yumşaq bacarıqlar və müxtəlif səriştələrin tədris olunacağını, liderlik bacarıqlarının inkişafı, motivasiya amilləri, emosional zəka və s. istiqamətlərin təhlil ediləcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

Oktyabr-dekabr aylarında davam edəcək Proqram Dövlət Vergi Xidmətinin baş idarə, idarə və şöbə rəislərinin müavinləri daxil olmaqla 4 qrup üzrə 88 iştirakçını bir araya gətirib. İnteraktiv formatda keçiriləcək təlimlərdə iştirakçılar təqdimatlar, “beyin fırtınası”, “keys” çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq edəcəklər.

Proqramın moderatorları ADA Universitetinin təmsilçiləri, eləcə də idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, dövlət və özəl sektoru təmsil edən qonaq ekspertlər olacaqlar. Həmçinin Proqrama qonaq çıxışçı qismində ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimai və özəl qurumların zəngin təcrübəyə malik əməkdaşları dəvət ediləcək.

Son xəbərlər

Orphus sistemi