Dövlət Vergi Xidməti tikinti şirkətlərinin nümayəndələri ilə görüş keçirib

Dövlət Vergi Xidməti tikinti şirkətlərinin nümayəndələri ilə görüş keçirib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində çətinliklərinin öyrənilməsi, onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçiri
Biznes
16 İyul , 2021 15:35
Dövlət Vergi Xidməti tikinti şirkətlərinin nümayəndələri ilə görüş keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində çətinliklərinin öyrənilməsi, onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və birgə əməkdaşlıq davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, növbəti belə görüş "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin, sahibkarların və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturların nümayəndələrinin iştirakı ilə keçirilib. Onlayn formatda keçirilən görüşdə tikinti şirkətlərinin fəaliyyəti, tikinti şirkətləri tərəfindən istehsal olunan məhsulların rəsmi qaydada satışı ilə bağlı mövcud çətinliklər, tikinti məhsullarının ixracı, xarici valyutanın məzənnəsinin dəyişməsi zamanı yaranan problemlər, onların həlli və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub. Vergi öhdəliklərinin icrası, vergi yoxlamaları, vergi nəzarəti və hesabatlılığa dair qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.

Görüş zamanı tikinti sektorunun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar bir daha müzakirə edilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi