Dövlət Vergi Xidməti "Mebel İstehsalçıları Assosiasiyası" ilə görüş keçirib

Dövlət Vergi Xidməti "Mebel İstehsalçıları Assosiasiyası" ilə görüş keçirib Biznes assosiasiyaları ilə görüşlər davam etdirilir
Biznes
26 Aprel , 2021 14:41
Dövlət Vergi Xidməti Mebel İstehsalçıları Assosiasiyası ilə görüş keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlarının çətinliklərinin çevik öyrənilməsi, qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, növbəti görüş "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti baş idarəsinin əməkdaşlarının iştirakı ilə baş tutmuş görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.

İştirakçıların nəzərinə çatdırılıb ki, qanunvericiliyin investisiya yönümlü olması dövlətin iqtisadi siyasəti üzrə əsas prioritet istiqamətlərdən biri olduğu üçün, gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək.

Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, habelə sahə üzrə istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi