Dövlət Vergi Xidməti “İctimai açıq məlumat bazası” yaradıb

Dövlət Vergi Xidməti “İctimai açıq məlumat bazası” yaradıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin internet səhifəsində “İctimai açıq məlumat bazası” adlı yeni bölmə yaradılıb.
Biznes
8 Dekabr , 2021 12:28
Dövlət Vergi Xidməti “İctimai açıq məlumat bazası” yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin internet səhifəsində “İctimai açıq məlumat bazası” adlı yeni bölmə yaradılıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu addım Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və açıq hökumətin təşviqi məqsədilə atılıb.

İstifadəçilərin məlumatları daha rahat şəkildə əldə etməsi üçün “İctimai açıq məlumat bazası”nda biznesə başlamaq üçün ilkin qeydiyyat prosedurları, zəruri sənədlər, vergilərin hesablanması və ödənilməsi, büdcə və xəzinə hesabları və rekvizitləri, elektron xidmətlər, vergi hesabatlarının tərtib olunması və göndərilməsi qaydaları və s. kimi vacib keçidlər mövcuddur.

İstifadəçilər məlumat bazasına aşağıdakı linkdən daxil ola bilərlər:

https://www.taxes.gov.az/az/page/ictimai-aciq-melumat-bazasi

Son xəbərlər

Orphus sistemi