Dövlət Vergi Xidməti 79 milyon manatlıq tenderə yekun vurub

Biznes
  • 20 noyabr, 2021
  • 08:13
Dövlət Vergi Xidməti 79 milyon manatlıq tenderə yekun vurub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi Vahid Avtomatlaşdırılmış Məlumat - “Track and Trace” (“Təqib və İzləmə”) sisteminin qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” xəbər verir ki, tendering qalibi “TT Technologies” MMC-dir.

Qalib şirkətə 78 664,4 min manat ödəniləcək.