Azərbaycanda ötən ay yaradılmış şirkət tenderin qalibi olub

Azərbaycanda ötən ay yaradılmış şirkət tenderin qalibi olub Tenderlərin qalibi “AS Service” və “Tufan” MMC-lərdir
Biznes
24 May , 2021 09:35
Azərbaycanda ötən ay yaradılmış şirkət tenderin qalibi olub

İlk xəbər saat 09:12-də verilib

Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi (1), eləcə də abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan Company” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 13 min manat və 42 min manat, ümumilikdə 55 min manat ödəniləcək.

Xatırladaq ki, "AS Service" 2019-cu ilin fevral ayında, "Tufan Company" isə bu ilin aprel ayında yaradılıb.

Son xəbərlər

Orphus sistemi