Dövlət Agentliyi: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

Biznes
  • 19 noyabr, 2026
  • 16:50
Dövlət Agentliyi: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

Bu ilin 10 ayında Azərbaycanda istehlakçılara 315 min manat vəsait qaytarılıb.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda keçirilən "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi" adlı tədbirdə bildirib.

O bildirib ki, təmin edilən istehlakçı müraciətlərinin sayı 2 399-dur: "Daxil olan müraciətlərin sayı 9 260 (8 766 yeni, 494 əvvəlki ildən qalan müraciət) olub. Agentlikdə baxılması yekunlaşan müraciətlər 6 080-dır".

Y.Tapdıqlı deyib ki, agentlikdə baxılması yekunlaşan müraciətlərin 5 032 təşkil edib: "Aidiyyəti orqanlara göndərilən müraciətlər 1 560 olub. Növbəti aylarda icrası davam etdirilən müraciətlər 461 təşkil edib. Tərtib olunmuş protokolların sayı 51-dir".

44 filmi