DGK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə başlanılııb

DGK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə başlanılııb Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuranın yaradılması məqsədilə Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi başlayıb.
Biznes
22 İyul , 2021 17:41
DGK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə başlanılııb

Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuranın yaradılması məqsədilə Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi başlayıb.

Bu barədə “Report”a Komitədən məlumat verilib.

Məlumata görə, bu məqsədlə Komitə sədrinin müvafiq sərəncamına əsasən İctimai Şuraya seçkilərin təşkili üçün Seçki Komissiyası yaradılıb. Seçki Komissiyasının 17 iyul 2021-ci il tarixli qərarı ilə 23 iyul 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixinə qədər İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunub.

İctimai Şura 13 nəfərdən ibarət tərkibdə seçiləcək. Namizədliyini irəli sürmək istəyən şəxslər aşağıdakı linkdən ətraflı məlumat ala bilərlər.

https://customs.gov.az/az/elanlar

Son xəbərlər

Orphus sistemi