DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin noyabrın 30-na nəzərdə tutulmuş vətəndaş qəbulu dekabrın 1-nə keçirilib.
Biznes
26 Noyabr , 2018 10:51
DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev / Report

Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin noyabrın 30-na nəzərdə tutulmuş vətəndaş qəbulu dekabrın 1-nə keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, S.Mehdiyev saat 11:00-da Sumqayıt şəhərində Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasında (Sülh küçəsi, 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı aidiyyatı rayonların - Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi