DGK sədri Zərdabda vətəndaşları qəbul edib

DGK sədri Zərdabda vətəndaşları qəbul edib Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib
Biznes
14 Mart , 2024 12:43
DGK sədri Zərdabda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi