DGK sədri dizel avtomobillərinin idxalının dayandırılması ehtimalına münasibət bildirib - VİDEO

DGK sədri dizel avtomobillərinin idxalının dayandırılması ehtimalına münasibət bildirib - VİDEO Bakı. 29 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasına qatılmış Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Report”un Türkiyə bürosuna açıqlama verib.
Biznes
1522
29 Noyabr , 2018 15:23
DGK sədri dizel avtomobillərinin idxalının dayandırılması ehtimalına münasibət bildirib - VİDEO

Bakı. 29 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasına qatılmış Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Report”un Türkiyə bürosuna açıqlama verib.

Komitə sədri ilk öncə bildirib ki, “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda təşkil olunmuş tədbirdə çıxış edərək bu sahədə Azərbaycanın təcrübəsini bölüşüb.

“Tarixi İpək Yolunun Azərbaycandən keçməsi hesabına ölkəmiz bütün dövrlərdə dünya ticarətində intensiv əlaqə yaradılmasında müstəsna rol oynayıb. Hazırda Azərbaycanın gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılmasına, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib. İƏT-in builki sessiyasında çox əhəmiyyəti və maraqlı məsələlər gündəmə gətirilib. Bunlar ticarətin artırılması və asanlaşdırılması, islam ölkələrində vahid risklərin idare edilməsi və azad ticarət zonalarının yaradılması, azad ticarət sazişlərinin imzalanması mövzulardır. Azərbaycanın bu sahələrdə təcrübəsi barədə fikir və mülahizələrimizi bölüşdük. Son dövrdə gömrük sistemimizdə aparılan islahatlardan danışdıq. Gömrük-biznes əməkdaşlığının inkişafı, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər haqqında üzv ölkələrin təmsilçilərinə məlumatlar verdik”, - deyə o qeyd edib.

Bundan başqa, DGK sədri dizel yanacağı ilə işləyən avtomobillərin Azərbaycana idxalının dayandırılması ehtimalına da münasibət bildirib və bu məsələnin Nazirlər Kabinetinin qərarından asılı olacağını deyib.

Xatırladaq ki, Almaniyanın Ali Məhkəməsi ölkədə dizel avtomobillərin istismarının qadağa olunmasına icazə verib. Bu qərarın fonunda həmin nəqliyyat vasitələrinin ucuzlaşması və digər ölkələrə, o cümlədən Azərbaycana ixracının sürətlənməsi gözlənilir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi