Azərbaycana istismar müddəti 7 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırıla bilər - YENİLƏNİB

Azərbaycana istismar müddəti 7 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırıla bilər - YENİLƏNİB İlk xəbər saat 16:00-da verilib
Biznes
401
26 Noyabr , 2019 16:05
Azərbaycana istismar müddəti 7 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırıla bilər - YENİLƏNİB
Səfər Mehdiyev / Report / Firi Salim

İlk xəbər saat 16:00-da verilib

“Əgər Dövlət Gömrük Komitəsinə rüsumların azaldılması ilə bağlı təkliflər daxil olsa, biz onlara etiraz etmərik”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Gömrük rüsumlarının müəyyən edilməsi bizim səlahiyyətimizdə deyil. Komitə olaraq özümüz də hökumətə bir sıra təkliflər vermişik. Bunlardan biri ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsinin stumullaşdırılması ilə bağlıdır. Təklif etmişik ki, yaşı 7 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyulsun. Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığını düşünərək bu cür təkliflə çıxış etmişik", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi