DGK-nın sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK-nın sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Balakən Gömrük İdarəsinin Mazımçay gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Biznes
25 İyun , 2018 15:30
DGK-nın sədri Mazımçay gömrük postunda mövcud vəziyyətlə tanış olub
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Səfər Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən "Mazımçay" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqlarının icra vəziyyətini öyrənib.

Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi